Suriyada sabitliyin pozulmasına görə Livanın "Hizbullah" təşkilatı ittiham olunur.
Bu barədə məlumatı “Al Arabiya” telekanalına Suriyanın Latakiya əyalətində təhlükəsizlik qüvvələrinin nümayəndəsi Sacid əd-Dik təqdim edib.
"Hizbullah" Aralıq dənizi sahillərinin müəyyən bölgələrində bəzi qruplaşmalara dəstək verib. "Hizbullah" və xarici ölkələr Suriya sahillərinin bir sıra bölgələrində keçmiş prezident Bəşər Əsədi dəstəkləyən bəzi partiyalara və qüvvələrə dəstək verib”, - məlumatda qeyd olunub.