RU

"UFC-313" turniri: Rafael Fiziyev Castin Qeyciyə yenə məğlub oldu

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev qarışıq döyüş növləri üzrə turnirdə ("UFC-313")  yüngül çəki dərəcəsində növbəti görüşünü keçirib.

 

Senzor.az bildirir ki, 32 yaşlı idmançı ABŞ təmsilçisi Castin Qeyci ilə üz-üzə gəlib.

 

Las-Veqasda keçirilən görüşün üç raundunun yekununa əsasən, R.Fiziyev rəqibinə uduzub. Hakimlərin yekdil qərarı ilə amerikalı idmançı üstün olub - 29-28, 29-28, 29-28

 

Xatırladaq ki, 2023-cü ilin martında "UFC 286" turnirində də R.Fiziyev C.Qeyciyə məğlub olmuşdu.


Избранный
14
21
senzor.az

10Источники