RU

KİV: Trampın qolf həvəsi ABŞ büdcəsinə 18 milyon dollara başa gəlib

ABŞ Prezidenti Donald Trampın Floridadakı qolf sahələrində istirahəti yanvarın 20-də Ağ evə qayıtdığı vaxtdan amerikalı vergiödəyicilərinə 18 milyon dollardan çox başa gəlib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “HuffPost” portalı yazıb.

Hesablamalara görə, bu müddət ərzində Tramp Florida ştatındakı iki qolf klubunda 13 gün keçirib. Yüksək xərclər sahələrin böyük ərazisi ilə bağlıdır ki, bunun mühafizəsinin təmin edilməsi üçün ABŞ Sahil Mühafizəsinin gəmiləri və çoxlu sayda hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb edilməsi tələb olunur.

Nəşr qeyd edib ki, ilk prezidentlik müddətində Trampın qolf oyunları zamanı təhlükəsizliyinin təmin edilməsi xərcləri ABŞ-yə 151,5 milyon dollara başa gəlib. Nəşr ikinci müddət üçün xərclərin daha çox olacağını ehtimal edir.

2024-cü ildə seçki kampaniyası zamanı hazırkı ABŞ Prezidentinə qarşı iki sui-qəsd cəhdi olub, onlardan biri Florida ştatının Uest-Palm-Biç şəhərində, Trampın qolf oynadığı yerin yaxınlığında baş verib.

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
14
17
Demokratikmusavat.com

10Источники