RU

Nyu Yorkda dəhşətli yanğınlar: Fövqəladə vəziyyət elan edildi

Nyu Yorkun Lonq Aylend və Bruklin rayonları yaxınlığında dəhşətli yanğınlar başlayıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Milli Meteorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, güclü külək yanğının yayılması riskini artırır.

Ən yüksək risk altında olan bölgələr Nyu Yorkun cənub-şərqi, Nyu Cersinin şimalı, Lonq Aylend, Nyu York şəhərinin beş rayonu və Konnektikut ştatının cənubudur.

Nyu York qubernatoru Keti Hoçul Lonq Aylenddəki Suffolk dairəsində meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edib.

Yanğınsöndürənlərə kömək etmək üçün Nyu Yorkdakı Milli Qvardiyasının helikopterləri göndərilib.

Избранный
19
1
axar.az

2Источники