Gəncədə iki körpə ölümü qeydə alınıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında şəhər sakini 1997-ci il təvəllüdlü A.Orucova Gəncə Bbirləşmiş Xəstəxanasının Perinatal mərkəzinə ölü döl ilə daxil olub.
Həkimlərin səyi nəticəsində ananın həyatını xilas etmək mümkün olub, hazırda ananın vəziyyəti orta ağırdır.
Qeyd edək ki, bu, ananın 4-cü doğuşu olub.
Digər hadisə isə Abbas Səhhət adına Xəstəxananın doğum şöbəsində baş verib, körpəni xilas etmək mümkün olmayıb.