Süni uşaq qidalarının qiymətlərində artım müşahidə edilir.
İNFOAZ.WS xəbər verir ki, son 1 ayda bu proses daha da nəzərə çarpır.
Hazırda uşaq qidalarının minimum qiyməti 4 manat 90 qəpikdən başlayır, ən bahalısı isə 120 manata alıcılara təklif olunur.
Satıcılar bildirirlər ki, xaricdən idxal olunan məhsulların tədarükü və daşınması xərclərinin artması qiymətlərə təsir göstərir.