RU

“İşıqlar sönüb, dəhşətli səslər gəlib” – Aktauda təyyarə təşvişi

“Martın 8-də Qazaxıstanın Aktau şəhərindən Almatıya uçan “Air Astana” aviaşirkətinin təyyarəsi hava limanına qayıtmalı olub”.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Sərnişinlərin sözlərinə görə, təyyarə havaya qalxdıqdan 20 dəqiqə sonra mühərriklərdən biri sıradan çıxıb:

“Kabinədə elektrik söndü, dəhşətli uğultu və yanıq qoxusu gəlirdi. Bələdçilər nəzərəçarpacaq dərəcədə əsəbi idilər, irəli-geri qaçırdılar. Lakin sərnişinlər sakitcə oturur, sadəcə, bir-birlərinə baxır və nə baş verdiyini anlamırdılar”.

Sərnişin deyib ki, pilot mühərrikin sıradan çıxdığını və təyyarənin Aktauya geri döndüyünü açıqlayıb:

“Təyyarə kəskin şəkildə aşağı enirdi, titrəməyə başladı. 700 metr… Sürət və hündürlük aşağı düşürdü, hava limanı isə hələ də görünmürdü. Və qəfildən xırıltı yarandı… Bəziləri dua edirdi, bəziləri isə sadəcə oturaraq pis şeylər düşünməməyə çalışırdı. Nəhayət, eniş etdikdə salonda göz yaşları və rahatlıq oldu”.

Избранный
14
konkret.az

1Источники