RU

Londonda nümayişçi Fələstin bayrağı ilə “Big Ben”ə dırmaşıb

Londonda bir nümayişçi Fələstin bayrağı ilə Londonun məşhur “Big Ben” qülləsinə dırmaşıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisə nəticəsində Vestminster körpüsü bağlanıb və parlament turları ləğv edilib. Fövqəladə xidmətlər, o cümlədən polis, yanğınsöndürənlər və təcili yardım işçiləri hadisə yerinə cəlb edilib.

Xilasedicilər yanğınsöndürmə maşınının qaldırıcı platformasından istifadə edərək, şəxsi aşağı endirməyə çalışsalar da, o, qüllədə qalmağa davam edib. Hazırda fövqəladə xidmətlər vəziyyəti təhlükəsiz şəkildə həll etmək üçün səylərini davam etdirir.

Избранный
36
yeniazerbaycan.com

1Источники