RU

Suriya qaynayır: 745 nəfər həlak olub

Suriya hakimiyyəti ölkədə vəziyyətin gərginləşməsində İran və Hizbullah Hərəkatını ittiham edib.

Ələvi şəhəri Latakiya vilayətində martın 6-sı silahlı üsyançıların hücumu ilə yeni hakimiyyətə bağlı onlarla polis əməkdaşı öldürülüb. Suriya ordusunun şəhərə daxil olması ilə başlayan toqquşmada 745 nəfər həlak olub. Bunlardan 532-si mülki şəxs, 213-ü isə silahlılar və təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.

Xatırladaq ki, İranın ali dini lideri Xamenei dekabrın 22-də etdiyi çıxışında Suriya şiələrini yeni hökumətə qarşı müqavimətə səsləmişdi.

Qeyd edək ki, bu Suriyada Bəşər Əsədin devrilməsindən sonra baş verən ən böyük silahlı qarşıdurmadır.


Xəbər 8 dəfə oxunub.
Избранный
20
xezernews.az

1Источники