İran sanksiyaları neytrallaşdırmağa qadirdir, ona görə də ABŞ-dan heç bir məktub gözləməyəcək.
Axar.az xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Bagir Qalibaf deyib.
“ABŞ prezidentinin digər ölkələrlə münasibətlərdə davranışı açıq şəkildə göstərir ki, bu bəyanatlar sadəcə olaraq, danışıqlara həvəsin aldadıcı nümayişidir”, - Qalibaf bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xameneiyə məktub göndərmişdi.