Gəncə Şəhər Birləşmiş Xəstəxanasının İctimaiyyətlə əlaqələr bölməsindən Demokrat.az-a verilən məlumata görə, hər iki halda ana bətnində dölün öldüyü qeydə alınıb.
Məlumatda qeyd edilir ki, 9 mart 2025-ci il tarixində saat 06:00 radələrində 1997-ci il təvəllüdlü qadın Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzə yerləşdirilib. Hamiləliyin 36-cı həftəsində olan pasiyentə uşaqlıq boynunda iki çat, ağır dərəcəli preeklampsiya, III dərəcəli posthemorragik şok, ciftin tam ayrılması və ölü döl diaqnozları təyin edilib. Həkimlərin səyi nəticəsində pasiyentin həyatı xilas olunub və onun müalicəsi davam etdirilir. Hazırda vəziyyəti orta ağırdır.
Bundan bir gün əvvəl, 8 mart 2025-ci il tarixində saat 12:10 radələrində 1996-cı il təvəllüdlü digər hamilə qadın Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya edilib. 36-37-ci həftəlik hamilə olan pasiyentə də ölü döl diaqnozu qoyulub. Ona zəruri tibbi yardım göstərilib və hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
10Источники
-
demokrat.azUşaq ölümü ilə bağlı xəstəxanadan AÇIQLAMA ( 15935235)
-
modern.azUşaq ölümü ilə bağlı xəstəxanadan AÇIQLAMA ( 15934717)
-
apa.azGəncədə iki döl ölü doğulub - YENİLƏNİB-1 ( 15934401)
-
xezerxeber.azGəncədə döl ölü doğulub ( 15934359)
-
operativmm.azGəncədə iki körpə ölümü qeydə alındı ( 15934341)
-
korrespondent.azGəncədə körpə doğuş zamanı öldü ( 15934129)
-
ikisahil.azGəncədə körpə doğuş zamanı öldü ( 15934093)
-
apa.azGəncədə iki körpə ölümü qeydə alınıb - YENİLƏNİB-1 ( 15933939)
-
moderator.azGəncədə döl ölü doğulub - YENİLƏNİB ( 15933833)
-
avtosfer.azGəncədə yeni doğulmuş körpə ÖLDÜ - YENİLƏNİB ( 15933825)