RU

Ərəblər onu da almaq istəyir

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Barselona”nın futbolçusu Rafinya üçün 100 milyon avro ödəməyə hazırdır.

Demokrat.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb.

İddiaya görə, onlar 28 yaşlı brazilyalı vingerə 15 milyon avro maaş təklif etmək niyyətindədir.

Kataloniya təmsilçisi isə oyunçunu komandada saxlamağı planlaşdırır. Buna görə də klub yeni müqavilə hazırlayır və onun İspaniya nəhəngində ən çox maaş alan oyunçulardan biri olacağı deyilir.

Избранный
3
3
demokrat.az

4Источники