RU

Həzmsizlik kimi göründü, lakin nadir xərçəng növü olduğu ortaya çıxdı

Həzmsizlik kimi göründü, lakin nadir xərçəng növü olduğu

İngiltərədə yaşayan 44 yaşlı, üç uşaq atası Neil Morris 2023-cü ilin noyabrında 100 km velosiped sürdükdən sonra boynunda və sinəsində həzmsizlik hiss etdi. Əvvəlcə buna əhəmiyyət verməsə də, simptomlar davam edəndə həkimə müraciət etdi.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki,müayinələr zamanı Morrisin döş qəfəsində qan laxtası və böyük bir kütlə aşkarlandı. Daha sonra Morrisə nadir xərçəng növü – kəskin limfoblastik leykemiya diaqnozu qoyuldu.

Bu xəstəlik sümük iliyində yaranaraq qan hüceyrələrinin istehsalını pozur. Böyük Britaniyada hər il cəmi 765 nəfərə bu diaqnoz qoyulur və 40 yaşdan yuxarı xəstələrin yalnız dörddə biri beş ildən sonra sağ qalır.

Morris əvvəlcə kimyaterapiya və radioterapiya aldı, lakin onu xilas edən Almaniyadan olan bir donordan kök hüceyrə transplantasiyası oldu. Donor tapmaq çətin idi, çünki Morrisin bioloji bacı-qardaşı yox idi. Lakin şans nəticəsində genetik uyğunluğu tam olan bir donor tapıldı və bu, onun sağ qalmasını təmin etdi.

Morrisin həyat yoldaşı Jenny naməlum donorun həyatlarını xilas etdiyini vurğulayaraq, bu fədakar insana təşəkkürlərini bildirdi. O, həmçinin insanları kök hüceyrə donorluğuna təşviq edərək, bunun sadə bir proses olduğunu və həyat qurtara biləcəyini qeyd etdi.

Kəskin limfoblastik leykemiya ümumi xərçəng diaqnozlarının cəmi 1 faizini təşkil edir və əsasən uşaqlarda müşahidə olunur. Yorğunluq, nəfəs darlığı, solğun dəri, yüksək hərarət, göyərmələr, qanaxmalar, sümük ağrısı və mədə narahatlığı bu xəstəliyin əlamətləri arasındadır. Mütəxəssislər bu simptomları hiss edənlərin dərhal həkimə müraciət etməli olduğunu bildirirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Избранный
14
e-saglam.az

1Источники