RU

"Real Madrid" ev oyununa Kurtua və Rüdigersiz çıxacaq

"Real Madrid"in qapıçısı Tibo Kurtua La Liqanın 27-ci turunda oynamayacaq.

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, dizində problem olan qolkiper La Liqanın 27-ci turu çərçivəsində bu gün "Rayo Valyekano"ya qarşı ev oyununda meydana çıxmayacaq.

Mənbə 32 yaşlı futbolçunun sağ dizindəki ağrılardan əziyyət çəkdiyini vurğulayıb. Kurtuanın zədəsinin ciddi olmadığı, onun Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasına - "Atletiko Madrid" ilə matça hazırlaşacağı bildirilib.

"Rayo Valyekano"ya mübarizə aparmayacaq digər futbolçu isə mərkəz müdafiəçisi Antonio Rüdigerdir. Almaniya millisinin üzvü xəstələndiyi üçün "Real"ın dünənki məşqinə də qatılmayıb.

Nihat

Избранный
4
fanat.az

1Источники