ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri, iş adamı İlon Mask ukraynalı milyarderlərə sanksiya tətbiq etməyə çağırıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, İlon Mask bu barədə X-da paylaşım edib.
“Ukraynalı 10 oliqarxa, xüsusən Monakoda villaları olanlara sanksiya tətbiq edin”, – deyə ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri vurğulayıb.
İlon Mask hesab edir ki, bu, Ukraynada atəşkəsə nail olmağın “açar”ıdır.