ABŞ Prezidenti Donald Tramp hərbi xərcləri azaltmaq arzusundadır.
Publika.az xəbər verir ki, o bu barədə “Fox News” telekanalına müsahibəsində məlumat verib.
“Müdafiə xərclərini azaltmaqdan məmnun olardım, amma indi yox”, - deyə dövlət başçısı bildirib.
Martın 7-də siyasətçi xəbərdarlıq edib ki, NATO ölkələri müdafiəyə ədalətli pul xərcləməsələr, ABŞ onları müdafiə etməyəcək. Və iki ay əvvəl, andiçmə mərasimindən öncə o, alyansa üzv ölkələrin hərbi xərclərini ÜDM-nin 5%-nə qədər artırmaq niyyətində olduğunu söyləyib. Onun fikrincə, NATO ölkələri ÜDM-in 2%-i həcmində maliyyələşmə ilə qarşıya qoyulan məqsədlərə nail ola bilməyəcək.