100 mindən çox əhalisi olan Beyləqan rayonunda avtobus problemi yaşanır.
Avtosfer.az xəbər verir ki, rayon daxilində fəaliyyət göstərən marşrut avtobusları yoxdur.
"Bu rayonda heç vaxt marşrut xətti olmayıb. Harasa gedib-gəlmək üçün ancaq taksidən istifadə edirik. Bu isə baha başa gəlir", - narazı sakinlərdən biri söyləyib.
Məsələ ilə bağlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, problem qısa müddətdə öz həllini tapacaq.
Daha ətraflı Baku TV-nin videomaterialında: