RU

Tramp Britaniya kralının Zelenski ilə görüşündən də narazı qalıb

Böyük Britaniya kralı III Çarlzın Norfolkdakı Sandrinqem sarayında Ukrayna lideri Volodimir Zelenskini qəbul etməsindən sonra ABŞ Prezidenti Donald Trampın Britaniyaya qarşı münasibəti soyuqlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Daily Mail" Vaşinqtondakı diplomatik mənbələrə istinadən məlumat yayıb.

ABŞ prezidentinin həmkarları Britaniya rəsmilərinə bildiriblər ki, Tramp III Çarlzın Zelenski ilə görüşündən narazıdır.

Buna cavab olaraq rəsmilər krala Ukrayna lideri ilə görüşməmək üçün əmr verə bilməyəcəklərini bildiriblər.

Xatırladaq ki, daha əvvəl, fevralın sonunda Böyük Britaniyanın baş naziri Kir Starmer Vaşinqtona gələrək Trampa kraldan xüsusi məktubu - Böyük Britaniyaya dövlət səfəri dəvətini təqdim edib və prezident bunu qəbul edib. Zelenski martın 3-də Böyük Britaniya kralı ilə görüşüb.

Bizim.Media

Избранный
111
1
bizim.media

10Источники