RU

“Futbol, basketbol tanrısı deyə bir şey yoxdur” – Rəşad Sadıqov

“Zirə” Azərbaycan Premyer Liqasının XXVI turunda doğma meydanda “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Çox stressli, emosional oyun alındı. Cavid Hüseynovu təbrik edirəm, çox yaxşı işlər görür, döyüşkən komanda formalaşdırıb. Rəqibi analiz edəndə müəyyən çətinliklər çəkirdik. Qış fasiləsindən sonra iddialı klublara uduzmamışdılar. “Səbail” əzmkar komandadır. Çətin olacağını bilirdik. Erkən qol vurmaq istədik ki, oyun daha rahat keçsin. Ancaq cəhdlərimiz uğursuz alınırdı. İkinci hissədə də qol epizodlarımız oldu. Şükürlər olsun ki, qol vurub, qalib gəldik. Futbolçular ruhdan düşmürdü. Onları təbrik edirəm.

– Çox qol epizodu yaratdınızSizcəniyə yalnız biri qol oldu?

– Bu tip oyunlarda nadir hallarda qalib gəlirsən. Qol vurmasaydıq da, oyunçularıma oyuna görə minnətdarlıq bildirəcəkdim. Dirəkdən dönən 3 topumuz oldu. Son hücumda qol vurmaq dramatik alındı. Bu, futbolçularımızı bir az da böyütməlidir. Özümüz üçün nəticə çıxarmalıyıq ki, sona qədər oynamaq lazımdır. Əvvəlki matçlarda da son dəqiqədə qol vurmuşuq. Amma bu, başqa şey idi, komandamızı böyütməlidir.

– Yeni transfer barədə  deyə bilərsiniz?

– Qimanı 4-5 ildir tanıyıram. “Zirə”yə yeni gələndə də danışıqlar aparırdıq, daim əlaqədəydik. Ondan sonra Portuqaliyaya getdi, Polşada oynadı. Uğurlu karyerası olub. Yayda da danışırdıq. Fürsət yarandı, onu gətirdik. Hələ hazır deyil. 2 aydır klubsuzdur. Özünə gəlməsi ay yarım çəkəcək.

– Son saniyədə Məqsəd İsayevə cərimə meydançasına daxil olmaq göstərişi verdinizQolun gələcəyini hiss edirdiniz?

– Məqsəd dönən toplara cavabdeh idi. Hakim də futbolçulara göstərdi ki, son hücumdur, kornerdən sonra matç bitəcək. Ona görə Məqsədə bildirdim ki, hakim işarə verib, oyun bitir, cərimə meydançasına daxil ol. Uğurlu alındı. Qolu futbolçularım vurdu, pay sahibi onlardır.

– Son saniyədə gələn qol futbol tanrısının sizə hədiyyəsi idi?

– Allah birdir, təkdir. Futbol, basketbol tanrısı deyə bir şey yoxdur. Allah sonda bizə kömək oldu. Onun köməyi olmadan uğur əldə edə bilmərik.

– Adətən qələbəni futbolçular qazanırməğlubiyyət isə baş məşqçinin olurNiyə?

– Vəziyyətə, duruma görə ola bilər ki, fikirlərimiz dəyişsin. Bir yerdə uduzub, bir yerdə qazanmışıq. 4,5 ildir buradayam, həmişə belə olub.

Избранный
15
10
msport.az

10Источники