RU

Azərbaycanın cənubunda iki zəlzələ baş verib

Azərbaycanın cənubunda 4 bal gücündə iki zəlzələ baş verib. Lerik rayonunda zəlzələnin gücü 3,9 bal olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, zəlzələnin ocağı 15 km dərinlikdə yerləşib.

...Bundan əvvəl Spitak ərazisində 45 yeraltı təkan baş verib. Ermənistanın fövqəladə hallar xidmətinə ölkənin iki şəhərində - Artik və Gümrüdə obyektlərə ziyan vurulması barədə məlumat daxil olub.

Birinci qəsəbədə binalardan birinin beşinci mərtəbəsindən 2 daş, ikincidə isə qəzalı binanın iki kvadratmetr üzlük parçası düşüb. Xatırladaq ki, 1988-ci ildə Ermənistanda Spitak və ya Leninakan zəlzələsi baş vermişdi.

Güclü təkanlar yarım dəqiqə ərzində respublikanın demək olar ki, bütün şimal hissəsini dağıdıb və 1 milyona yaxın insana ziyan vurub. Zəlzələnin episentri Spitakda isə yeraltı təkanların gücü 10-a çatıb.

Nazlı Almuradova

Избранный
7
sia.az

1Источники