RU

"Kurban Berdiyev mənimlə söhbətdə dedi ki..." - MÜSAHİBƏ

Vüqar Bağırov öz yaş qrupunda Azərbaycanın ən istedadlı gənclərindən hesab olunur.

2006-cı ilin dekabrında dünyaya gələn Bağırov ölkəmizdə "Qarabağ" və "Neftçi"nin aşağı yaş qruplarında çıxış edib.

Azərbaycanın U-16, U-17 millilərində forma geyinib.

İlyarım Gürcüstanda “Saburtalo” komandasında çıxış edib.

Ardınca Türkiyədə “Alanyaspor”un U-16 komandasının formasını geyinib.

Bir neçə ay əvvəl isə Kurban Berdiyevin çalışdırdığı "Turan Tovuz"a transfer olunub.

Hələki əvəzedici heyətdə çıxış edən 17 yaşlı yarımmüdafiəçi ilə müsahibəyə də elə Qərb təmsilçisindəki mövcud durumu ilə başladıq.

- 5 aydı "Turan Tovuz"dayam. Yerli insanlar, baş məşqçimiz və komanda yoldaşlarım mənim mehriban qarşıladı. Burada olmaqdan məmunam.

- Davamlı əvəzedici komanda da oyunlara çıxırsan. Əsas komanda şans almağına nə mane olur?

- Buna baş məşqçi qərar verir. Yəqin ki, əskiklərim var. Onları düzəltməliyəm. Əsas komandada məşqlərə çıxıram. Oyunlarda da şans alacağıma əminəm.

- A komadasının baş məşqçisi Kurban Berdiyev ikinci komandanın oyunlarını davamlı izləyir. Səninlə şəxsi söhbəti olub?

- Bəyəndiyini bildirib. Üzərimdə daha çox işləsəm hər şey yaxşı olacağını deyib. Aramızda təxminən belə bir dialoq olub.

- Bir müddət Türkiyə və Gürcüstanda oldun. Orada davam etməyinə nə mane oldu?

- Sonuncu dəfə Türkiyənin "Alanyaspor" klubunda idim. 3 orada qaldım. Bu il sənədlərimlə bağlı problem olduğu üçün geri qayıtmalı oldum.

- Gələcək planında ölkə xaricinə getmək var?

- Təbii ki, getmək istəyirəm. Allah nəsib etsə, ölkə xaricində oynamaq istəyirəm.

- Əcnəbi klublarda keçən illər sənə nə qazandırdı?

- Çox şey qazandım. Yeni mədəniyyətlərlə tanış oldum. Böyük təcrübə qazandım.

- U-17 millimizdə çıxış etmisən. Əsas milli komandada oynamaq üçün özündə potensial görürsən?

- Hər bir futbolçunun xəyalı milli komandadır. Bunun üçün çox çalışmaq lazımdır. Mən də əlimdən gələni edirəm.

XANOĞLAN İMANOV

Избранный
19
sportinfo.az

1Источники