RU

İranla nüvə razılaşması bağlamaq üçün vaxt azalır - Tramp

Bakı, TurkicWorld

İranla nüvə razılaşması bağlamaq istəyirəm, amma vaxt azalır.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibədə deyib.

Tramp bildrib ki, İrana qarşı iki yanaşma var – hərbi müdaxilə və razılaşma yolu ilə həll. Özü isə ikinci variantı üstün tutduğunu vurğulayıb.

"Biz elə bir razılaşma əldə edə bilərik ki, hərbi qələbə qədər yaxşı olsun. Amma artıq vaxt daralır. Necə olursa-olsun, bir şey baş verməlidir." – deyə Tramp bildirib.

Xatırladaq ki, Tramp, İranın ali lideri Ayətulla Əli Xameneiyə məktub yazaraq onun danışıqlara açıq olacağına ümid etdiyini demişdi.

Lakin Xamenei daha əvvəl ABŞ ilə müzakirələrin aparılmayacağını bildirmişdi. O, həmçinin qeyd etmişdi ki, Vaşinqton yalnız öz maraqlarını düşünür.

Избранный
25
turkic.world

1Источники