RU

Azərbaycan gender bərabərliyinə görə regionda son sıralarda yer alıb – DİF


Dünya İqtisadi Forumu (DİF) 2024-ci il üçün 146 ölkəni əhatə edən gender bərabərliyi reytinqini açıqlayıb. Azərbaycan əvvəlki illə müqayisədə 6 pillə geriləyərək 103-cü sıraya düşüb. 
Yeniavaz.com
Dünya İqtisadi Forumunun gender bərabərliyilə bağlı hesabatına ("The Global Gender Gap Index 2024") istinadən bildirir ki, Azərbaycan gender bərabərliyinə görə keçmiş sovet respublikaları və region ölkələri arasında son sırada yer alıb.
Keçmiş sovet respublikaları və region ölkələrinin 146 ölkə arasındakı mövqeyi aşağıdakı kimi olub:
11 – Litva
13 – Moldova
29 – Estoniya
30 – Latviya
55 – Belarus
63 – Ukrayna
64 – Ermənistan
69 – Gürcüstan
76 – Qazaxıstan
90 – Qırğızıstan
103 – Azərbaycan
108 – Özbəkistan
112 – Tacikistan
127 – Türkiyə
143 - İran
Qeyd edək ki, Rusiya hesabata daxil edilməyib.
Məlumat üçün bildirək ki, hesabat hazırlanarkən 4 əsas parametr üzrə qiymətləndirmə aparılır. Bu parametrlər - iqtisadi inkişaf və imkanlar, təhsil səviyyəsi, sağlamlıq və təhlükəsizlik, həmçinin siyasətdə iştirak kimi göstəricilərə baxılır. Qiymətləndirmə 0 baldan 1 bala qədər olur. 0 bal o deməkdir ki, həmin ölkədə gender bərəbarəliyi yoxdur, 1 bal isə ölkədə gender bərabərliyinin tam təmin olunduğu deməkdir.
Açıqlanan hesabata görə hazırda dünyada gender bərabərliyinin tam təmin olunduğu ölkə yoxdur. Ən yüksək göstərici İslandiyada qeydə alınıb. Bu ölkəyə 0,935 bal verilib. İkinci sırada yer lan Finlandiyanın balı 0,875 olub.
Gender bərabərliyinin ən aşağı səviyyədə olduğu ölkələrin başında Sudan (0,568 bal) və Pakistan (0,570 bal) yer alır.

Murad Məmmədov
Избранный
19
2
yeniavaz.com

3Источники