Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin Velikie Kopani kəndindəki bazara HİMARS reaktiv yaylım atəşi sistemi ilə endirdiyi zərbə nəticəsində 3 nəfər həlak olub...
APA xəbər verir ki, bu haqda vilayətin təcili yardım xidmətindən məlumat verilib.
Həlak olanlardan birinin xəstəxanaya aparılarkən yolda, ikisinin isə hadisə yerində dünyasını dəyişdiyi bildirilir.
***
Ukrayna Ordusu Rusiyanın nəzarətində olan Xerson vilayətinin Velikie Kopani kəndində bazara iki raket zərbəsi endirib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, 7 nəfər yaralanıb.
Vilayətin “qubernatoru” Vladimir Saldo isə raket zərbəsi nəticəsində ölənlərin olduğu barədə paylaşım edib.
Poliqon.info