Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulub.
Viral.az-ın məlumatına görə, sonuncu matçda “Sumqayıt” “Ordu”nu qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 122:116.
Son Yazılar:
- Azərbaycan Basketbol Liqasında XVII tura yekun VURULDU
- Tramp dünyada ən pis təhsilin ABŞ-də olduğunu etiraf ETDİ
- Əsəd rejimi dövründə Suriyada baş verənləri əks etdirən sənədli film çəkildi
Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran “gənclik şəhəri” təmsilçisi dördüncü pillədə qərarlaşıb. “Hərbçilər” 28 xalla üçüncü sıradadır.
Günün ilk matçında “Gəncə” “Lənkəran”dan üstün olub – 90:76.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində NTD “Naxçıvan”ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63, “Abşeron” “Sərhədçi”ni 77:75 hesabı ilə məğlub edib.