RU

Tramp Zelenskinin resurslarla bağlı sazişi imzalayacağına inanır

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin Ukraynanın mineral ehtiyatları ilə bağlı saziş imzalamaq üçün Vaşinqtona qayıtmasını gözləyir.

hakimiyyet.az xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində danışıb.

O, aparıcının müvafiq sualına imzalanmanın baş tutacağına inandığı cavabını verib.

Bundan əvvəl NBC telekanalı mənbələrə istinadla bildirib ki, ABŞ-nin Kiyevə hərbi yardım göstərməsini və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etməsi üçün Ukraynanın faydalı qazıntıları üzrə sazişin bağlanması kifayət etməyəcək.

Qeyd edildiyi kimi, Tramp Zelenskidən sülh danışıqlarına münasibətini dəyişməsini güzəştə getməyə hazır olduğunu göstərməsini istəyir.

Избранный
24
14
hakimiyyet.az

10Источники