Bakı. Trend:
İspaniya La Liqasında 28-ci turun növbəti oyunu keçirilib.
Trend xəbər verir ki,çempionluq mübarizəsi aparan "Real Madrid" doğma meydanda "RayoVallekano"nu qəbul edib. Görüş ev sahibi komandanın 2:1 hesablıqələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 57-yə çatdıran "Kral klubu" ikincipilləyə yüksəlib. Qonaqlar isə 36 xalla yeddinci yerdəqərarlaşıblar.