“Bu bizim mövsümdə ən zəif oyunumuz oldu”.
İdman.biz xəbər verir ki, bunu " Ordu" basketbol klubunun baş məşqçisi " Sumqayıt " ilə oyundan (122:116) sonra açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, matça çox arxayın çıxmaları məğlubiyyətə səbəb olub: “Bunun nəticəsində "Sumqayıt" qalib gəldi. Biz yalnız 3-cü periodda oyuna qayıtdıq. Amma artıq gec idi”.
Baş məşqçi əlavə edib ki, bu gün "Sumqayıt"ın istədiyi kimi oynayıblar: “Axayınçılıq məğlubiyyətlə nəticələndi”.
İdman.biz