RU

Ukrayna parlamenti Trampa rəsmi müraciət ünvanladı  

Ukrayna parlamentinin rəhbərliyi ABŞ prezidenti Donald Trampa, Konqresə və amerikalılara müraciət dərc edib.

Parol.az xəbər verir ki, Ali Radanın saytında dərc olunan sənəddə ABŞ-nin Ukrayna tarixinin ən çətin dönəmində ona dəstək verməsi həlledici əhəmiyyət kəsb edir.

Ali Rada həmçinin Ukrayna xalqı adından ABŞ-yə ölkənin müstəqilliyini dəstəklədiyinə və hərbi yardım göstərdiyinə görə təşəkkür edir.

Ali Rada vurğulayıb ki, Ukraynanın təhlükəsizliyi və sabit inkişafı ABŞ-nin dəstəyi ilə təmin edilir və bu, bu gün Ukrayna xalqı və ordusu, eləcə də Avropanın təhlükəsizliyi və sabitliyi üçün həmişəkindən daha vacibdir.

Müraciətdə qeyd olunur ki, ukraynalılar Trampın şəxsi rolunun və onun səylərinin Ukrayna, Avropa və bütün dünya üçün hərbi əməliyyatların tez bir zamanda dayandırılmasında və sülhün əldə olunmasında həlledici olacağına inanırlar.

Избранный
5
4
parol.az

5Источники