İranın BMT-dəki missiyası Tehranın nüvə proqramı üzrə danışıqların bərpası perspektivlərini müzakirə etməyə hazır olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Eyni zamanda, iranlı diplomatlar nüvə proqramından tam imtina tələblərinin qəbuledilməzliyini vurğulayıblar.
Bu yaxınlarda ABŞ İranın nüvə proqramı ilə bağlı məsələnin hərbi yolla həllini istisna etmədiklərini, problemi dialoq yolu ilə həll etmək istədiklərini bəyan etmişdilər. Buna cavab olaraq İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, İran Tehrana qarşı maksimum təzyiq və təhdid siyasətini davam etdirdiyi müddətdə ABŞ ilə birbaşa danışıqlara getməyəcək.