RU

Rusiya DİN-dən azərbaycanlılara da aid olan xəbərdarlıq

Qanun pozuntularına görə 685 min əcnəbi nəzarət edilən şəxslərin reyestrinə daxil edilib.

News365.az xəbər verir ki, bu sözləri Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev deyib.

“Bu reyestrin əsas məqsədi ölkəmizdə yaşamaq üçün qanuni əsaslarını itirmiş vətəndaşların sayını məhdudlaşdırmaqdır”, - o bildirib.

Kolokoltsev əlavə edib ki, reyestrin tətbiqi əcnəbiləri Rusiyada yaşamalarını leqallaşdırmağa təşviq etməlidir:

“Aprelin 30-dək onlar Daxili İşlər Nazirliyinin orqanlarına gəlməli, Rusiyada olmalarını qanuniləşdirməli, lazımi sənədləri təqdim etməlidirlər. Yalnız bundan sonra bu reyestrdən çıxarılacaqlar”.

Qeyd edək ki, Rusiya Federasiyasında nəzarət edilən şəxslərin reyestrinə fevralın 5-dən start verilib.

Избранный
17
4
news365.az

5Источники