Tovuzda rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz rayonunun Qovlar şəhərində qeydə alınıb.
Belə ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İlham Rüstəmovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanan traktorun qoşqusuna çırpılıb.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.