Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Qovlar qəsəbəsində olub.
İlkin məlumata görə, “VAZ-2107” markalı minik maşını yük maşınının qoşqusuna çırpılıb.
Hadisə nəticəsində minik maşınının sürücüsü 22 yaşlı İlham Rüstəmov həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"