RU

Üç güləşçimiz Avropa çempionatının finalına vəsiqə qazandı

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U23 Avropa çempionatı davam edir.

Publika.az xəbər verir ki, qitə birinciliyində ilk medalçılar müəyyənləşib. Azərbaycanın sərbəst güləşçiləri turnirə 2 gümüş və 2 bürünc medalla start verib.

Rəhman İmanov (57 kiloqram) təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Stefan Şterjova tam üstünlüklə (11:0) qalib gəlib. Həmyerlimiz axşam seansında ukraynalı Vladislav Abramovu da üstələyərək (8:6) bürünc medala sahib çıxıb.

Murad Haqverdiyev (65 kiloqram) ukraynalı Mikita Qonçarovla gərgin mübarizə şəraitində keçən təsəlliverici görüşdən qalib ayrılıb – 5:4. Gəncə güləş məktəbinin yetirməsi həlledici qarşılaşmada moldovalı Fyodor Keavdari üzərində isə 9:6 hesablı qələbə qazanaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Избранный
13
9
publika.az

10Источники