RU

Şahbuzda güclü yanğın - VİDEO

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şahbuz rayon Badamlı kəndində vətəndaşa məxsus yardımçı tikilidə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəninin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın hadisəsi nəticəsində 1650 kg ot tayası, tayanın üzərinə qurulan çardağın 60 m² hissəsi yanıb, 600 kq ot bağlaması, çardağın 20 m² hissəsi və 80 m² sahəsi olan yardımçı tikili yanğından mühafizə olunub.

Избранный
24
1
unikal.az

10Источники