RU

Güləşçilərimiz Avropa çempionatına 4 medalla start veriblər

Azərbaycan sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatına 2 gümüş və 2 bürünc medalla start veriblər.

Federasiyadan Milli.Az-a verilən məlumata görə, Rəhman İmanov (57 kq) təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Stefan Şterjova tam üstünlüklə (11:0) qalib gəlib.

Həmyerlimiz axşam seansında ukraynalı Vladislav Abramovu da üstələyərək (8:6) bürünc medala sahib çıxıb.

Murad Haqverdiyev (65 kq) ukraynalı Mikita Qonçarovla gərgin mübarizə şəraitində keçən təsəlliverici görüşdən qalib ayrılıb - 5:4. Gəncə güləş məktəbinin yetirməsi həlledici qarşılaşmada moldovalı Fyodor Keavdari üzərində isə 9:6 hesablı qələbə qazanaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Kənan Heybətov (70 kq) finalda rusiyalı Maqomed Eltemirovla qarşılaşıb. Finala qədər bütün rəqiblərinə tam üstünlüklə qalib gələn Kənan son qarşılaşmada istənilən güləşi nümayiş etdirə bilməyib - 0:11. Beləliklə, Heybətov ardıcıl 2-ci dəfə analoji yarışı gümüş medalla başa vurub.

Fərid Cabbarov (79 kq) da finalda Rusiya təmsilçisiylə üz-üzə gəlib. 1:5 hesabıyla məğlub olan Fərid gümüş medalla kifayətlənib.

Milli.Az

Избранный
29
11
milli.az

10Источники