Almaniyanın 2-ci Bundesliqasında 25-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Proyssen”i 1:0 hesabı ilə üstələyib.
Mahirin adı bu oyunun iştirak ərizəsinə salınmayıb.
Bu qələbə sayəsində xallarının sayını 38-ə çatdıran “Nürnberq” turnir cədvəlinin 8-ci pilləsində mövqe tutub.
Nihat