RU

AÇ: Azərbaycan güləşçilərindən ilk gündə 4 medal

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U23 Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün qitə birinciliyində ilk medalçılar müəyyənləşib.

Sərbəst güləşçilərimiz AÇ-yə 2 gümüş və 2 bürünc medalla start verib.

Rəhman İmanov (57 kq) təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Stefan Şterjova tam üstünlüklə (11:0) qalib gəlib. Həmyerlimiz axşam seansında ukraynalı Vladislav Abramovu da üstələyərək (8:6) bürünc medala sahib çıxıb.

Murad Haqverdiyev (65 kq) ukraynalı Mikita Qonçarovla gərgin mübarizə şəraitində keçən təsəlliverici görüşdən qalib ayrılıb – 5:4. Gəncə güləş məktəbinin yetirməsi həlledici qarşılaşmada moldovalı Fyodor Keavdari üzərində isə 9:6 hesablı qələbə qazanaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Kənan Heybətov (70 kq) finalda rusiyalı Maqomed Eltemirovla qarşılaşıb. Finala qədər bütün rəqiblərinə tam üstünlüklə qalib gələn Kənan son qarşılaşmada istənilən güləşi nümayiş etdirə bilməyib – 0:11. Beləliklə, Heybətov ardıcıl 2-ci dəfə analoji yarışı gümüş medalla başa vurub.

Fərid Cabbarov (79 kq) da finalda Rusiya təmsilçisiylə üz-üzə gəlib. Arsen Balayana 1:5 hesabıyla məğlub olan Fərid gümüş medalla kifayətlənib.

 

Избранный
10
11
fanat.az

10Источники