Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Çorum” Türkiyə 1-ci liqasında növbəti oyununa çıxıb.


Rekord.az xəbər verir ki, sözügedən komanda 29-cu tur çərçivəsində səfərdə “Gənclərbirliyi” ilə qarşılaşıb.


Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Diniyev bu matçda 90 dəqiqə meydanda olub.


“Çorum” hazırda 42 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.