RU

PFL “8 mart”ı yaddan çıxarmadı

Bütün dünyada olduğu kimi Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir.

Sportinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqası əlamətdar gün münasibətilə layihə həyata keçirib.

Belə ki, Premyer Liqada 26-cı turun “Araz-Naxçıvan” – “Qarabağ” matçından əvvəl futbolçular stadiona gül, özəl və fərqli dizayn olunmuş formalar hədiyyə edilən azyaşlı qızlarla birlikdə çıxıblar.

Eyni zamanda, Peşəkar Futbol Liqası komandalarına dəstək olmağa gələn qadın azarkeşləri də unutmayıb. Onların hər birinə gül hədiyyə edilib.

Избранный
12
sportinfo.az

1Источники