RU

IRIS-T istehsalçısı Ukrayna üçün hava hücumundan müdafiə sistemləri və raketlərinin tədarükünü artıracaq

Ukrayna Müdafiə Nazirliyi IRIS-T sisteminin istehsalçısı Almaniyanın “Diehl Defence” müdafiə şirkəti ilə Ukrayna üçün hava hücumundan müdafiə sistemləri və raketlərin tədarükünü üç dəfə artırmaq üçün müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Rustem Umerov feysbuk səhifəsində məlumat yayıb.

"Biz Ukraynanın hava hücumundan müdafiə qalxanının mühüm hissəsi olan IRIS-T sisteminin istehsalçısı “Diehl Defence” ilə anlaşma memorandumu imzaladıq. Ukrayna səma və şəhərlərinin qorunması bizim prioritetimizdir", deyə R.Umerov qeyd edib.

Onun sözlərinə görə, imzalanmış saziş Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirəcək böyük sənaye layihələrinə yol açır.

Memorandum, həmçinin raket və hava hücumundan müdafiə sistemlərinin tədarükünün 3 dəfə artırılmasını nəzərdə tutur. Umerov “Diehl Defence”ə göstərdikləri etimada və əməkdaşlıq etmək istəyinə görə təşəkkür edib.

"Dünyanın aparıcı müdafiə şirkətlərinin Ukraynaya doğru addım atması vacibdir. Azad dünya bizim tərəfimizdədir və biz birlikdə müdafiəni gücləndirmək üçün yeni imkanlar açırıq",- deyə Umerov qeyd edib.

Избранный
11
ikisahil.az

1Источники