Bazarlarda yerli məhsullardan çox xaricdən gətirilənlər boldur, qiyməti də yerli məhsulla müqayisədə daha ucuzdur.
Publika.az Xəzər TV-yə istinadən məlumat verir ki, Novruz bayramı ilə əlaqədar yerli şabalıdın kiloqramı 15-17 manat, ölkəyə Çindən gətirilən şabalıdın qiyməti isə 8-9 manat arasında dəyişir.
Özbəkistandan gətirilən qabıqlı qozun kiloqramı 7 manat, fındığın qiyməti isə 6 manat, yerli məhsullardan qabıqlı qoz 10-12 manat, fındıq 9-10 manatdan təklif olunur. Badam 4.80, yapon qozu isə 9 manatdan təklif edilir.
Ən bahalı çərəz isə püstədir. Püstənin qiyməti 27-35 manatdır.
Satıcılar yerli məhsullların qıt olduğunu əsas gətirərək qiymətin baha olduğunu deyir:
Onlar deyir ki, ləpənin qiyməti baha olsa da, hazırda ona tələbat da çoxdur: