RU

Moskvada Aİ diplomatının pulla dolu çantası OĞURLANDI

Moskvada Avropa İttifaqı Nümayəndəliyinin birinci katibi Kajsa Maria Standişə məxsus 435 min rubl olan çanta oğurlanıb .

Publika.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti mənbəyə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, oğurluq Presnenskaya sahilindəki banklardan birində baş verib. Diplomat bank kartına nağd pul qoymaq istəyib, lakin maliyyə qurumunun filialı bağlanıb. O, skamyada oturub və onun üzərinə 10 min rubl dəyərində Furla çanta qoyub, içərisində isə 435 min rubl pul və 24 min rubl dəyərində qulaqlıq olub.

Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır.

Избранный
69
10
publika.az

10Источники