RU

ABŞ-nin vitse-prezidentinin əmisi oğlu Ukrayna ordusunda döyüşüb

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin əmisi oğlu Neyt Vens bir neçə il Ukrayna Silahlı Qüvvələrində Rusiya hərbçilərinə qarşı döyüşüb.

“Report” xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Neyt Vens Ukrayna tərəfindən üç il döyüşüb, onun da iki ildən çoxunu qanlı cəbhələrdə olub.

Vurğulanıb ki, Neyt 2025-ci il yanvarın əvvəlində, qohumu vitse-prezident vəzifəsinə başlamazdan bir neçə gün əvvəl Ukrayna ordusunu tərk edib.

Nəşr yazıb ki, Neyt əmisi oğlunun Ukrayna münaqişəsi ilə bağlı fikirlərini bölüşmür, üstəlik, o, bu məsələdə onun mövqeyindən məyusdur.

Избранный
20
report.az

1Источники