Bakı. Trend:
Suraxanıda təmir işləri ilə əlaqədar elektrik enerjisininverilişində fasilə yaranacaq.
Trend xəbər verir ki, bubarədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışıİdarəsinin (RETSİ) ərazisində yerləşən Hövsan qəsəbəsində 6 kV-luqhava xəttində təmir işlərinin aparılması ilə əlaqədar martın 10-daelektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək qəsəbəninmərkəzi hissəsində, eləcə də Oqtay Şabanov və Elçin Məmmədovküçələrində elektrik enerjisinin verilişində məhdudiyyətyaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər dahakeyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.