Suriyanın yeni hökumətinin təhlükəsizlik qüvvələri ölkənin keçmiş prezidenti Bəşər Əsədi dəstəkləyən qrupların dörd liderini Deyr əz-Zor əyalətində saxlayıb .
Publika.az xəbər verir ki, bu barədə SANA xəbər agentliyinə bölgənin daxili təhlükəsizlik departamentinin rəhbəri Diya əl-Ömər məlumat verib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəsizliyin təmin edilməsi çərçivəsində araşdırma aparıb və gizli müşahidədən sonra keçmiş rejimin qalıqlarına mənsub qrupların dörd liderini saxlayıblar.
Əl-Ömər qeyd edib ki, məhbuslar Deyr əz-Zorda sabitliyi pozmaq üçün Suriya hökumətinin hədəflərinə hücumlar hazırlayırdılar.