Amerika nümayəndə heyəti Kiyev hakimiyyətinin nümayəndələri ilə martın 11-də Ciddədə (Səudiyyə Ərəbistanı) keçiriləcək görüşdən sonra Ukraynanın nizamlanma prosesində Rusiyaya əhəmiyyətli güzəştlərə getməyə hazır olub-olmadığını müəyyən etməlidir. AFN.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.ABŞ nümayəndə heyətinin tərkibində olacaq dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Vals və xüsusi elçi Stiven Vitkoff, Zelenskinin Trampla mübahisəli görüşündən sonra Ukrayna tərəfinin münasibətləri yaxşılaşdırmaqda ciddi olub-olmadığını öyrənməyə çalışacaq.“Biz ukraynalıların təkcə sülhdə deyil, real sülhdə maraqlı olub-olmadığını görmək istəyirik. Əgər onları yalnız 2014 və ya 2022-ci il sərhədləri maraqlandırırsa, bu bir şey deyir”, – deyə "Reuters"in mənbəsi bildirib.Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hughes deyib ki, Zelenski fevralın 28-də Tramp və vitse-prezident Venslə mübahisəsindən sonra ABŞ-Ukrayna münasibətlərinin bərpasında irəliləyiş əldə edib. "Bu həftə Səudiyyə Ərəbistanında keçiriləcək görüşlərlə biz ümid edirik ki, bu amansız müharibəyə və qan tökülməsinə son qoyacaq daha müsbət irəliləyişlər eşidəcəyik" - deyə o bildirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта