Süni intellekt oruc zamanı qəbizliyi müalicə etməyin ən yaxşı üsullarını müəyyən edib.
Moderator.az "İslamnews" nəşrinin əldə etdiyi materialın tərcüməsini təqdim edir:
Mübarək Ramazan ayında yemək vərdişlərinin və yemək vaxtlarının dəyişdirilməsi qəbizliyə səbəb ola bilər. Ramazan ayında bir çox insan bu problemlə üzləşir ki, bunun da pəhriz və qidalanma tərzinin dəyişməsi ilə əlaqədar olması mümkündür.
Süni intellekt mövzu ilə bağlı bu cavabları verdi:
Ramazanda qəbizliyin səbəbləri
-Dehidrasiya- orqanizmdə su çatışmazlığı - iftar və sahurda kifayət qədər su içməmək.
-Lif çatışmazlığı - tərəvəz və meyvələr kimi liflə zəngin qidaları kifayət qədər yeməmək.
-Pəhrizdə dəyişikliklər - adi pəhrizinizdə dəyişikliklər həzm problemlərini tətikləyə bilir.
-Fiziki fəaliyyətin olmaması - Ramazanda oturaq həyat tərzi...
Orucluq zamanı qəbizlikdən necə qurtulmalı?
-Xüsusilə iftar və sahurda daha çox su için.
-Lifli qidalar yeyin - pəhrizinizə tərəvəz və meyvələr daxil edin.
-Zeytun yağı və küncüt kimi sağlam yağlar əlavə edin.
-Daha çox hərəkət edin - iftardan əvvəl və ya sonra məşq edin.
-Lazım olduqda həkiminizin tövsiyəsi ilə laksatiflərdən(bağırsaq hərəkətini artırmaq üçün preparat və ya təbii məhsullar) istifadə edin.
Əlavə məsləhətlər
-Qəbizliyə səbəb olan qidalardan - ədviyyatlı və şirin yeməklərdən çəkinin. Qatıq kimi probiotiklər yeyin.
-Pəhriz rejiminə əməl edin - yeməklərinizi bölün: iftar → yüngül qəlyanaltı → sahur...
Həkimə nə vaxt müraciət etməli?
-Qəbizlik uzun müddət davam edərsə və ya çox şiddətlidirsə;
-Qarın ağrısı və ürəkbulanma ilə müşayiət olunarsa;
-Xroniki xəstəlikləriniz varsa (diabet, hipertoniya və s.).
-Qəbizlik uzun müddət davam edərsə və ya çox şiddətlidirsə;
-Qarın ağrısı və ürəkbulanma ilə müşayiət olunarsa;
-Xroniki xəstəlikləriniz varsa (diabet, hipertoniya və s.).
Tərcümə və təqdim etdi:
S.Laçın