Hizbullah Suriyada davam edən münaqişənin tərəfi deyil və ona qarşı irəli sürülən əsassız ittihamları qəti şəkildə rədd edir. AFN.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətinin yeni hakimiyyətin təhlükəsizlik qüvvələri ilə yerli silahlı birləşmələr arasında toqquşmaların getdiyi Suriyanın sahilyanı rayonlarında baş verən hadisələrlə bağlı bəyanatında deyilir.“Bəzi nümayəndələr Suriyanın qərbində martın 6-da başlayan hərbi eskalasiyanın arxasında Hizbullahı ittiham edirlər. Biz bu əsassız ittihamları rədd edirik və mediadan xəbərlərin dəqiq olmasını tələb edirik” - deyə bəyanatda bildirilir. Təşkilatının rəhbərliyi medianı “xarici oyunçuların siyasi gündəminin şübhəli məqsədlərinə xidmət edən Hizbullahı gözdən salmaq kampaniyasına qarışmamağa” çağırır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта