ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Çin donanmalarının iştirak etdiyi "Dəniz təhlükəsizlik kəməri-2025" təlimlərindən narahat olmadığını bildirib.AFN.az xarici mediaya istinadən xəbər verir ki, jurnalistlərin bu birgə manevrlərdən narahat olub-olmaması ilə bağlı sualına cavab verərkən Tramp “Xeyr, heç yox” deyə cavab verib."Çünki biz onların hamısından güclüyük. Bizim onların hamısından daha çox gücümüz var. Mən Amerika ordusunu yenidən qurdum. Təəssüf ki, ABŞ-ın 46-cı prezidenti Co Bayden bu barədə heç nə etmədi, amma mən ordunu yenidən qurdum" - deyə Tramp qeyd edib.“Dəniz təhlükəsizlik kəməri - 2025” beynəlxalq dəniz təlimləri artıq yeddinci dəfədir keçirilir. Təlimlərin məqsədi dəniz təhlükəsizliyini təmin etmək, dənizdə piratçılıq və terrorizmlə mübarizə, dəniz kommunikasiyalarını qorumaqdır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта